İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda yüzlərlə insanın gözü önündə dəhşət - Əvvəlcə vurdu, sonra bıçaqladı VİDEO

1963 17.09.2022 16:00 Hadisə A A

Türkiyədə bir gənc metroda yüzlərlə insanın gözü qarşısında 30 yaşlı fəhləni vurub, daha sonra bıçaqlayıb.


Musavat.com xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Bursa şəhərində baş verib.

Hadisəni törətdikdən sonra yoxa çıxan şübhəli qısa müddətdə yaxalanıb.

Dünən axşam saatlarında mərkəz Nilüfer mahalı Ataevler metro dayanacağı yaxınlığında 6 fərqli cinayəti olan 22 yaşlı Emre E. əvvəlcə 30 yaşlı Deniz T.-ni kəllə ilə vurub. Daha sonra ona sinəsindən bıçaq zərbəsi ilə ağır xəsarət yetirib.

Yüzlərlə insanın gözü qarşısında baş verən hadisədən sonra metronun içərisində bir müddət gəzərək yerə yıxılan Deniz T. təcili yardımla xəstəxanaya aparılıb və müalicə olunub. Şirə zavodunda işləyən gəncin çoxlu qan itirdiyi və səhhətinin ağır olduğu bildirilir. Gənc oğlanın bıçaqlanan zaman hadisəni yüzlərlə insanın maraqla izləməsi də diqqət çəkib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR