İnsanlara hürriyət, millətlərə istiqlal!

Messinin 10 nömrəsini kim daşıyacaq - Argentina millisindən QƏRAR

1159 29.12.2023 22:19 İdman A A

Argentina millisi futbolçu karyerasını bitirdikdən sonra Lionel Messinin 10 nömrəsindən istifadə etməyəcək.

Musavat.com-un məlumatına görə, bu barədə assosiasiyanın prezidenti Klaudio Tapia bildirib.  Tapia, "Messi milli komandadan gedəndə ondan sonra başqa heç kimə 10 nömrə geyinməyə icazə verməyəcəyik. Bu nömrə onun şərəfinə ömürlük milli komandadan təqaüdə çıxacaq. Bu, onun üçün edə biləcəyimiz ən az şeydir" dedi.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu oldu. Qətərdə keçirilən turnirdə futbolçu yeddi oyun keçirib, bu oyunda yeddi qol vurub və üç məhsuldar ötürmə verib. Ümumilikdə Messi Argentina millisində 180 oyun keçirib və 106 qol vurub. O, Amerika Kubokunun qalibi və Olimpiya çempionudur.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR