İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi şirkət yaratdı: Rəhbəri erməni olacaq

1921 20.10.2022 02:20 İdman A A

Argentina millisinin kapitanı və PSJ-nin hücumçusu Lionel Messi idman, texnologiya və mediaya sərmayə qoyacaq şəxsi investisiya şirkətini yaradır.

“Play Time” adlı şirkət ABŞ-ın San-Fransisko şəhərində yerləşəcək.

Ona “Graph Ventures” şirkətinin tərəfdaşı, erməni əsilli Razmiq Ovaqimyan rəhbərlik edəcək. Məlumata görə, “Play Time” Messinin əsas investisiya vasitəsinə çevriləcək və digər sahələrlə yanaşı, futbol texnologiyası startaplarının təsisçilərinə dəstək olacaq, eləcə də müxtəlif idman komandalarına sərmayə qoyacaq.

Şirkətin investisiya fondunun həcmi hələlik açıqlanmayıb.

Mənbə: forbes.ru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR