İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi dünyanın ən titullu oyunçusu oldu

943 20.08.2023 12:55 İdman A A

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi dünyanın ən titullu futbolçusu olub.

Musavat.com xəbər verir ki, bu barədə Major League Soccer (MLS) Twitter səhifəsində məlumat verilib.

Amerika klubunun heyətindən çıxış edən 36 yaşlı futbolçu Meksika komandalarının və MLS klublarının iştirak etdiyi Liqa kubokunun qalibi olub. Messi üçün bu titul onun karyerasında 44-cü olub. Rekord daha əvvəl 43 kubokla braziliyalı müdafiəçi Dani Alveşə məxsus idi.

Liqa kubokunun finalında "İnter Mayami" oyunsonrası penaltilər seriyasında "Neşvil"i 10:9 hesabı ilə məğlub edib. Messi əsas vaxtda qol vurub və penalti zərbəsini də boşa verməyib.

Lionel Messi iyulun 15-də "İnter Mayami"yə keçib. O, futboldan həzz almağa davam etmək üçün ABŞ-a gəldiyini bildirib. Onun Amerika klubu ilə müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR