İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi Dünya Kuboku tarixində ən çox qol vuran oyunçu oldu - 18-ci qol

1557 22.06.2026 23:01 İdman A A

Argentinanın kapitanı Lionel Messi Dünya Kubokunda vurulan ən çox qol rekorduna imza atıb.

Musavat.com xəbər verir ki, iyunun 22-də argentinalı 2026-cı il Dünya Kuboku qrup mərhələsinin ikinci turunda Avstriyaya qarşı qol vurub. Bu qol Messinin Dünya Kubokunda vurduğu 17-ci qol olub və Almaniyalı Miroslav Klozenin 16 qol rekordunu qırıb.  Oyunun sonunda əfsanəvi forvarda 18-ci qolunu da vurub.

Messi altıncı Dünya Kubokunda oynayır. Alman dörd Dünya Kubokunda iştirak edib. Kloze 2014-cü ildən bəri bu rekorda sahibdir.

Messi əvvəllər bu nailiyyətə çox əhəmiyyət vermədiyini bildirmişdi. Futbolçu onun üçün bunun sadəcə statistika olduğunu bildirib.

Onu da qeyd edək ki, Messini 14 qolla fransalı forvard Kilian Mbappe və portuqaliyalı Kriştian Ronaldo izləyirlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR