İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur şirkətin fabrikində FACİƏ! - Robot mühəndisə hücum etdi FOTO

1257 27.12.2023 16:01 Hadisə A A

ABŞ-da elektrikli avtomobil istehsalçısı "Tesla"nın fabrikində qüsurlu robotun hücumu nəticəsində proqram mühəndisi yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hadisə 2021-ci ildə Ostindəki "Tesla" fabrikində baş verib. 

Hadisə şahidləri "The Information" saytına verdiyi açıqlamada bildirib ki, istehsalat sahəsində alüminium avtomobil hissələrini daşımaq üçün nəzərdə tutulmuş robot metal caynaqlarını mühəndisin kürəyinə və qoluna batıraraq ona xəsarət yetirib.

Məlumata görə, sözügedən fabrikdə 2022-ci ildə hər 21 işçidən biri müxtəlif xəsarətlərə məruz qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR