İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur reper sevgilisini hoteldə vəhşicəsinə döydü - ANBAAN VİDEO

861 19.05.2024 13:00 Dünya A A

Məşhur amerikalı reper Pi Diddinin (Paff Diddi, əsl adı Şon Kombs) Los-Ancelesdəki hotelin dəhlizində keçmiş sevgilisi Kessi Venturanı vəhşicəsində döydüyü görüntülər yayılıb.

CNN tərəfindən yayımlanan görüntülərdə Diddinin Kessini yerə yıxaraq təpiklədiyi və paltarından tutaraq dəhlizdə sürüdüyü kadrlar yer alıb. Məlumdur ki, hadisə 2016-cı ildə baş verib. Bundan sonra qadın reperə qarşı zorakılıq iddiası ilə şikayət ərizəsi verib, lakin məhkəmə prosesi baş tutmayıb.

İddia edilib ki, reper videonun heç yerdə ortaya çıxmaması üçün 50 min dollar ödəyib.

Qeyd edək ki, 2024-cü ilin mart ayında reperin evində zorakılıq və insan alveri ittihamları üzrə axtarış aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun silahını və telefonlarını müsadirə ediblər.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR