İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur jurnalistə AĞIR İTKİ - FOTO

1019 30.06.2024 18:11 Region A A

Türkiyənin tanınmış jurnalisti İsmail Küçükkayanın anası tətil üçün getdiyi Antalyada dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Qeyd olunub ki, hadisə bu gün səhər saat 09:30 radələrində Antaliyanın Muratpaşa rayonunda yerləşən 5 ulduzlu otelin çimərliyində baş verib. 

Belə ki, jurnalistin anası Halise Küçükkaya dənizdə keçirdiyi infarkt nəticəsində boğularaq dünyasını dəyişib. Xilasedicilər tərəfindən sahilə çıxarılan 76 yaşlı H.Küçükkayanın öldüyü müəyyən edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR