İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur futbolçunun qaçırılan atası SƏRBƏST BURAXILDI

894 09.11.2023 22:02 Dünya A A

Oktyabrın 29-da Kolumbiya hökuməti İngiltərənin "Liverpul" klubunda çıxış edən futbolçu Luis Diazın atası Luis Manuel Diaz və anası Cilenis Marulandanın yanacaqdoldurma məntəqəsində qiyamçı təşkilat Milli Azadlıq Ordusu tərəfindən qaçırıldığını açıqlayıb. Onların tapılması üçün təhlükəsizlik qüvvələri 130 polis və 110 əsgərlə genişmiqyaslı əməliyyata başlayıb. Axtarışlar nəticəsində Diazın anası Cilenis Marulanda Barrancas çölündə tapılıb. 

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu gün üsyançı Milli Azadlıq Ordusu kolumbiyalı hücumçunun atasını azad edib. 

Qeyd edək ki, Diazın 26 yaşı var. O, 2022-ci ildən "Liverpul"da oynayır. Bu mövsüm 12 oyun keçirən hücumçu 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçu Kolumbiya millisində 43 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR