İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur futbol klubu satışa çıxarılıb

542 17.01.2024 12:57 Dünya A A

Özbəkistanın məşhur “Paxtakor” futbol klubunun 100 faiz dövlət payı hərraca çıxarılıb.

Musavat.com Podrobno.uz sayıtna istinadla xəbər verir ki, klubun başlanğıc qiyməti məlum deyil.

Yanvarın 17-də Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi Daşkəndin “Paxtakor” futbol klubunun stadion və digər obyektlərin də hərraca çıxarıldıını elan edib.

İddiaçılar tenderin birinci mərhələsində iştirak etmək üçün ərizələrini fevralın 15-i saat 18:00-dək təqdim etməlidirlər.

Klubun gələcək sahibi klubun aktivlərindən istifadə edərkən bir sıra tələblərə əməl etməlidir. O, futbol klubunun fəaliyyətini beynəlxalq səviyyədə qoruyub saxlamağa və inkişaf etdirməyə, bütün idman qurğularından, o cümlədən futbol meydançasından yalnız idman fəaliyyəti üçün istifadə etməyə, həmçinin “Paxtakor” futbol klubunun akademiyasının fəaliyyətini saxlamağa və inkişaf etdirməyə borcludur.

Qeyd edək ki, “Paxtakor” Özbəkistanın ən məşhur peşəkar futbol klubudur. Klub 8 aprel 1956-cı ildə təsis edilib, uzun illər SSRİ çempionatında çıxış edib.

Sovet dövründə, 1979-cu ildə “Paxtakor”un məşqçiləri və 17 futbolçusu təyyarə qəzasında həlak olub.

Yanvarın 14-nə olan məlumata görə, Asiya Futbol Konfederasiyasının klublarının reytinq cədvəlində “Paxtakor” 25-ci yerdədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR