İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur fenomen xərçəngə məğlub oldu - FOTOLAR

2079 14.11.2023 20:35 Dünya A A

Bağırsaq xərçəngi ilə mübarizə aparan Ayşenur Parlak vəfat edib.

Musavat.com azxeber.com-a istinadən xəbər verir ki, 12 yaşından xərçənglə mübarizə aparan fenomen Ayşenur Parlak dünyasını dəyişib.

37 yaşlı bir uşaq anası Ayşenur Parlakın ölüm xəbərini həyat yoldaşı Savaş Parlak Instagram hesabından paylaşdığı paylaşımla açıqlayıb.

O, həyat yoldaşının vəfatını bu sözlərlə dilə gətirib: "Qərar Allaha məxsusdur. Bu paylaşımı etməmək üçün illərdir çox dua etmişəm. Hazırda keçirdiyim hissləri ifadə edə bilmirəm. Təəssüf ki, qismətimizi Allah bura qədər yazıb. Allah rəhmət eləsin. Tək təsəllim odur ki, andıma sadiq qalaraq, xəstəlikdə və sağlamlıqda, yaxşı-pis, ölüm bizi ayırana qədər səninlə oldum".

Xərçənglə mübarizəsi ilə yadda qalan Ayşenur Parlakdan isə geriyə həyat yoldaşı Savaş üçün yazdığı bu son sətirlər qaldı: "Səni sevmək həyatımda verdiyim ən yaxşı qərar idi. Geriyə baxanda xoşbəxt xatirələrdən başqa heç nəyi xatırlamamağım bunun ən böyük sübutudur. Ad günündə səninlə ola bildiyimə şükür et və daha gözəl günlərə şahidlik etməyi arzula. Ad günün mübarək, mənim gözəl insanım. Sən mənim bu yer üzündə cənnətimsən".

Qeyd edək ki, 12 yaşında sümük xərçənginin ikinci mərhələsini, 27 yaşında döş xərçənginin birinci mərhələsini, 30 yaşında üçüncü mərhələ lenfoma xəstəliyini məğlub edən Ayşenur Parlaka 33 yaşında kolon xərçəngi diaqnozu qoyulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR