İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur “Çayxana” kafesi bağlandı - SƏBƏB

1378 27.03.2024 17:20 Son xəbər A A

“Crocus City Hall”da terror aktında şübhəli bilinən Əlişir Kasımova məxsus olduğu iddia edilən Putilkovskoe şosesində yerləşən “Çayxana” kafesi fəaliyyətini dayandırıb.

Musavat.com bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, kafenin binasında gələcək iş qrafiki ilə bağlı heç bir mesaj yoxdur, qonşu hamam da işi dayandırıb. Qapısındakı elanda isə onun bu gün bağlı olduğu bildirilir.

Obyektin əməkdaşı agentliyə bildirib ki, müəssisə “Krokus”da törədilən terror aktı ilə əlaqədar fəaliyyətini dayandırıb: ““Çayxana” bağlanıb, bizə də dedilər ki, bağla”.

Kafenin işçiləri teleqram kanallarına bildiriblər ki, “Çayxana” ən azı 3 gün bağlı qalıb.

Qeyd edək ki, Əlişir Kasımov iki ay müddətinə həbs edilib. Rusiya vətəndaşı olan Kasımov 2014-cü ildə Qırğızıstan vətəndaşlığından imtina edib. O, üç otaqlı mənzil kirayə verirmiş və terror aktını törədənlərlə tanışlıq buradan başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR