İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyorun yeni işi təəccüb yaratdı FOTO

2189 30.12.2023 19:11 Şou-biznes A A

Məşhur türkiyəli aktyor və aparıcı İlker Ayrık həyat yoldaşı ilə ferma qurub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor həyat yoldaşı Sanem Bağcı Ayrık ilə uzun müddətdir arzusunda olduqları fermalarında xidmət göstərirlər.

Vaxtının çoxunu fermada keçirən Ayrık "Hər şey yaxşı gedir. 11 itim, 2 eşşəyim, ev quşum və dovşanım var" deyib.

"Yılan Hikayesi", "Tatlı Hayat", "Yedi Numara", "Geniş Aile" ve "Seksenler" kimi seriallarla yanaşı şou aparıcısı olan İlker Ayrık indi layihələrdə az iştirak edir və vaxtının çoxunu ailəsi ilə birlikdə fermada keçirir.

Belə ki, aktyor 7 hektarlıq ərazidə həm kənd təsərrüfatı, həm də restoran sektorunda xidmət göstərir. Fermada açıq havada kinoteatr və caz konsertləri də təşkil edilir.

Məşhur aktyor həyat yoldaşı ilə birlikdə fermasında toyuq, ördək və qaz da bəsləyir. Artıq bağlardan yığılan təzə məhsullar satılmaq üçün bazarda öz yerini tutub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR