İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisadan estetik açıqlaması

313 05.06.2026 13:01 Şou-biznes A A

“Aşk-ı Memnu” və “Muhteşem Yüzyıl” kimi seriallarla televiziya tarixində iz qoyan Nebahat Çehre açıqlamaları ilə yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, 82 yaşlı məşhur aktrisa bu dəfə estetik və makiyajla bağlı sözləri ilə diqqət çəkib.

Etiler Akmerkezdə görüntülənən Nebahat Çehre bir kosmetika mağazasına daxil olub. O, “Makiyajım yox idi, etdirdim” deyərək makiyajını orada etdirdiyini bildirib. Üzünə heç bir estetik müdaxilə etdirmədiyini deyən aktrisa qırışları ilə bağlı səmimi açıqlama verib:

“Qırışlar var, amma onları sevirəm”.

Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və təbii yaşlanmaya yanaşması ilə diqqət çəkib.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR