İnsanlara hürriyət, millətlərə istiqlal!

82 yaşlı aktrisanın son halı təəccübləndirdi - Foto

1281 25.06.2026 18:56 Şou-biznes A A

Türk kinosunun və televiziya dünyasının əfsanəvi simalarından olan Nebahat Çehre Almaniyadan etdiyi son paylaşımı ilə yenidən gündəmə gəlib.

"Aşk-ı Memnu" serialında canlandırdığı Firdevs obrazı ilə yadda qalan sənətçi 82 yaşında da zərif üslubu və enerjili görünüşü ilə izləyicilərini heyran edib. Sosial şəbəkədə paylaşdığı fotolar qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.

Türkiyə kino və televiziya tarixinin ən önəmli simalarından biri hesab olunan Nebahat Çehre yarım əsrdən çox davam edən uğurlu sənət fəaliyyəti ilə tamaşaçıların sevgisini qazanıb.

1960-cı illərin əvvəllərində kinoya qədəm qoyan aktrisa illər ərzində çəkildiyi film və seriallarda canlandırdığı unudulmaz obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Almaniyadan paylaşdığı son fotolar isə bir daha onun illərə meydan oxuyan gözəlliyini və cazibəsini nümayiş etdirib.

Könül
Musavat.com 

311429_9d8di5cr7p.png (149 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR