İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın son qərarı lirəni xilas edəcəkmi?

775 25.06.2023 19:51 İqtisadiyyat A A

Məlum olduğu kimi, bir neçə gün öncə Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılıb.

"İnflyasiya proqnozunda əhəmiyyətli irəliləyiş olana qədər pul siyasəti mərhələli şəkildə sərtləşdiriləcək", - deyə TMB bəyan edib. Qeyd edək ki, bu faiz artımı 27 aylıq fasilədən sonra ilk dəfədir ki, baş tutur.

O da məlumdur ki, Türkiyə lirəsi son 1 ayda 20.0 faizdən çox dəyər itirib.

Bəs Türkiyə Mərkəzi Bankının son qərarı lirəni xilas edəcəkmi?

vuqar.jpg (75 KB)

Musavat.com xəbər verir ki, millət vəkili Vüqar Bayramov mövzunu bu cür şərh edib:

"İnflyasiya ilə mübarizə məqsədilə Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılsa da, hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir. Deməli, Ankara qısa deyil, daha çox orta və uzunmüddətli dövrdə məzənnə stabilliyini hədəfləyir.

İqtisadi amillər ilə yanaşı, siyasi faktorlar və eləcə də 50.0 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısamüddətli dövrdə stabilləşməsini əngəlləyir. Türkiyədə yeni kabinetin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U-dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da, stabilliyə nail olmaq mərhələli prosesdir və bu baxımdan hələlik qısamüddətlidən daha çox uzunmüddətli hədəflərə söykənilir".

Vüqar Bayramov qeyd edib ki, bütün bunlarla yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır.

"Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır və qeyri-neft ixracatında əsas partnyorudur. Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracatın həcmi baxımdan da vacibdir", - deyə Vüqar Bayramov bildirib.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR