İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankdan faiz dərəcəsi ilə bağlı qərar - İyunun 24-dən...

1214 22.06.2024 00:59 İqtisadiyyat A A

Bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25% səviyyəsində dəyişməz saxlanılıb.

Yenisabah.az xəbər verir ki, qərar 24 iyun 2024-cü ildən qüvvəyə minir.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyul ayının 31-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək. Həkim tap

Qeyd edək ki, uçot faiz dərəcəsi sonuncu dəfə bu səviyyəyə 2021-ci ilin dekabr ayında endirilib. Sonrakı tarixlərdə uçot faiz dərəcəsi davamlı olaraq artıb. 2023-cü ilin may ayında 9% səviyyəsinə kimi yüksəlib.

Mərkəzi Bankdan bidirilib ki, 12 aylıq inflyasiya 1% təşkil edib və bu da nəzərdə tutulan hədəfdən aşağı olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR