İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənə deyirdi: ”Ata, blogerlər vəkillərdən çox qazanır”

1604 18.06.2026 09:30 Gündəm A A

“Valideyinlərə, xüsusilə atalara tövsiyələrim var, bunları nəzərə alın ki həyat sizi yandırmasın”.

Musavat.com xəbər verir ki, bu barədə ötən gün baş verən avtoqəzada qızını itirən vəkil Fərhad Mehdiyev “Facebook” səhifəsində yazıb.

O, mərhum qızı Zəhra ilə bağlı keçirdiyi peşmanlığı dilə gətirib: 

“Son 2 ildir ki mən qızımın tərbiyəsinə ciddi qarışmırdım, - reklam çəkib pul qazanırdı, hətta mənə "Ata, blogerlər vəkillərdən çox qazanır", - deyirdi.

Bir tərəfdən, müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirdim. Onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o da incəsənətdə oxumaqda israrlı idi.

Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə "pis ata", lap "abyuser" desinlər; səbrlə uşaqlarınızı 23-25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin.

Siz onlara nəzarət etməsəniz - "öz həyatım var, işlərim çoxdur" deyə - bir gün peşmanlığınız və ağrılarınıza, mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz.

Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin. Sevgi, qayğı və nəzarətdən ibarət bir tərbiyə vermək hər bir valideynin funskiya və borcudur.

Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə əslində heç bir qazancı, təsəllisi yoxdur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR