İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məndən müsahibə aldığın üçün sevin!" - Lukaşenkodan ŞOK AÇIQLAMA

1216 16.06.2026 09:51 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko özünün diktator adlandırıldığı dövrün çoxdan keçdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, Belarus lideri bu barədə “Al Arabiya” telekanalına verdiyi müsahibəsində danışıb.

“Artıq o vaxtlar geridə qaldı. Bəli, mən Avropa dövlətlərinin, o cümlədən aparıcı ölkələrin rəhbərləri ilə görüşmürəm, lakin onlarla ya nümayəndələri vasitəsilə, ya da bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronla olduğu kimi birbaşa əlaqədəyəm”, - deyə Lukaşenko qeyd edib.

Lukaşenko əlavə edib ki, avropalı liderlərdən heç kim onu diktator adlandırmır, çünki bu, artıq gülünc görünür.

Belarus liderinin sözlərinə görə, onun kiməsə öz iradəsini diktə etmək üçün resursları olmadığından, o, diktator ola bilməz.

Bununla yanaşı, media əməkdaşı ilə söhbəti zamanı Lukaşenko müxbiri “Avropanın sonuncu diktatoru” ləqəbi ilə tanınan siyasətçidən müsahibə aldığı üçün sevinməyə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR