İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən, atam və oğlum” sənədli filminin ilk nümayişi - VİDEO

833 26.03.2022 11:10 Mədəniyyət A A

Bu gün - 26 mart saat 12:25-də “Mən, atam və oğlum” sənədli filmi İctimai TV-nin efirində ilk dəfə izləyicilərə təqdim olunacaq.

Film Bakıda, məcburi köçkünlərin kompakt olduğu Pirşağıdakı “Lokomotiv” şəhərciyində ailəsi ilə birlikdə yaşayan tar müəllimi Anar Əlizade haqqındadır. Onun atası Etibar Əlizadə 1992-ci ilədək Şuşada tar müəllimi kimi çalışıb. İndi Anar atası ilə birlikdə Şuşa musiqi məktəbində tar üzrə musiqi dərsi verirlər. Şuşa işğal olunanda 5 yaşlı Anar atasının qucağında ailəsi ilə birlikdə Bakıya pənah gətirib.
İndi üstündən 30 il keçib. Anar kiçik yaşlı oğlu Məhəmməd və atası Etibar dayı ilə Şuşaya qayıdır. Onların səfəri də məhz Novruz bayramına təsadüf edir.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin (Azerbaijan Journalists’ Network) istehsal etdiyi filmdə bir Şuşalı ailənin taleyi, bu illər ərzində onların yaşadıqları acılar, nisgillər və bir gün Şuşaya qayıdacaqları ilə bağlı illər uzunu etdikləri arzuların nəhayət çin olması öz əksini tapıb.

Filmin yaradıcı komandası aşağıdakı kimidir
Operator: Ilkin Mehtiyev
Dronla çəkiliş: Zaur Sultan
Montaj: Arzum Nuruşzade
Rejissor: Zəka Guluyev
Ssenari müəllifi: Ayaz Mirzayev

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR