İnsanlara hürriyət, millətlərə istiqlal!

Məleykə Əsədova: “Ürəyim zəifləyib”

1292 12.11.2022 20:51 Şou-biznes A A

“Ürəyim zəifləyib. Çoxdandır. Həkimlər məsləhət görüblər ki, çox ağır obrazlar oynamayım. Deyirəm ki, mən səhnə və obrazlarım üçün yaranmışam”. 

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “7 canlı” verilişində qonaq olarkən deyib. 

“Qızdırmam varsa, belə, səhnəyə çıxacağam və eyni hisslərlə o rolu oynayacağam. O anda Məleykə deyiləm, “Nurcahan”, “Kleopatra”, “Şirin”, “Selcan”, “İlkcan”, bu gün isə “Natəvan”am. Hər gün məşqlər gedir. 33 ildir eyni şöhrəti saxlayıram, eyni alqışı görürəm. Buna görə gecə-gündüz Allahıma şükür edirəm. Ən çox qorxduğum isə mərdimazar insanlardır. Allah bizi onlardan uzaq etsin. Balaca dünyam var. Orada sənətim, övladım, mən və obrazlarım var. Obrazlarımla yaşayıram. Hər zaman bu sözü deyirəm ki, sənətkar təkcə özünə aid deyil, tamaşaçılara aiddir. Oturuşumuzu, danışığımızı, dediyimiz sözü düşünməliyik. Özümüzə hörmət etməliyik ki, tamaşaçılara da edək”, - Xalq artisti bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR