İnsanlara hürriyət, millətlərə istiqlal!

Mələkxanım Eyyubovanın bloger qızı: "Adım varlı və zadəgan qadının adından götürülüb"

4975 06.05.2025 20:27 Şou-biznes A A

Xalq artisti Mələkxanım Eyyubovanın bloger qızı Nəzrin Nəcəfova instaqram izləyicilərinin suallarını cavablandırıb. 

BAKU.WS xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri ona "Adınızı kimi qoyub?" deyə sual ünvanlayıb.

Bloger qeyd edib ki, ona Nəzrin adını anası Mələkxanımın yaxın rəfiqəsi verib. Bu ad varlı və zadəgan xanım "Naziko"nun adından götürülüb:

"Adımı anamın ən yaxın rəfiqəsi, mənim də hələ "Ana" deyərək xitab etdiyim adam qoyub. Həmişə deyir ki, zadəgan və çox gözəl "Naziko" adlı qadın olub. Anamın rəfiqəsi də mənim adımı "Nəzrin" qoyub məni "Naziko" deyə çağırsın".

 

Xatırladaq ki, Nəzrin Nəcəfzadə ötən il müğənni Mərdan Kazımovla ailə qurub. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR