İnsanlara hürriyət, millətlərə istiqlal!

Melaniya məndən cəld tərpəndi - Tramp

1127 26.04.2026 09:03 Dünya A A

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, atışmanın başladığı oteldən daha tez ayrılmalı idi.

Musavat.com xəbər verir ki, o, hadisədən sonra keçirdiyi brifinqdə atışma səsini eşidən kimi reaksiya vermədiyini deyib:

"Baş verənləri izləyirdim. Yəqin ki, daha da tez ayrılmalı idim".

Tramp həmçinin hadisədən şoka düşdüyünü və birinci xanım Melaniya Trampın ondan daha tez reaksiya verdiyini qeyd edib: "Düşünürəm ki, o, nə baş verdiyini dərhal anladı", - deyə Tramp bildirib.

Vaşinqtonun polis rəisi Ceff Kerroll bildirib ki, Trampın qaldığı oteldə hücum edən şəxs tək hərəkət edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR