Xəbər verdiyimiz kimi, Abşeron rayonunun və Bakının bəzi qəsəbələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranıb.
Musavat.com xəbər verir ki, hazırda ərazidə təmir işləri aparılır.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən verilən məlumata görə, buna səbəb Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, eləcə də Sabunçu rayonunun Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.
Təmir işləri ilə əlaqədar iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınadək qeyd olunan ərazilərdə su təchizatında fasilə olacaq.
Musavat.com təmir işlərinin aparıldığı ərazidən görüntüləri təqdim edir.






