İnsanlara hürriyət, millətlərə istiqlal!

Məlahət Abbasovadan mərhum deputatla bağlı PAYLAŞIM  FOTO

1102 06.10.2023 18:25 Şou-biznes A A

Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova sosial şəbəkə hesabında mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, aktrisa zamanında Haluk Leventin də iştirak etdiyi verilişdən videogörüntü paylaşaraq bunları qeyd edib:

“Şeirində bir dosta ağlama deyirsən. Sanki bizi o vaxtdan hazırlayırdın bugünkü sənsizliyinə. Ağlama deyirsən… Axı necə ağlamayaq? Bizi sənsiz qoyub getdin, Qənirəm. Arxanda sellər kimi göz yaşı qoyub getdin. Bir yığın suallar qoyub, səssiz-sədasız getdin.

Şeirlərinə, müsahibələrinə indi qulaq asanda, əslində sən yavaş-yavaş hamımızla vidalaşırmışsan, Qənirəm. Biz bunu başa düşməmişdik, bağışla… “Məlahətli qonaqlar” verilişimdə Haluk Leventlə səmimi söhbətin hələ də gözümün önündədir. Məkanın cənnət olsun, bacım. Getdiyin yerdə hüzurla yat”.

QENİRE.jpg (103 KB)

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR