İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada miqrasiya mərkəzində yanğın zamanı 39 nəfər həlak olub

627 28.03.2023 15:43 Son xəbər A A

Meksikanın Syudad-Huares şəhərindəki miqrasiya mərkəzində baş verən yanğın nəticəsində azı 39 nəfər həlak olub.

AZƏRTAC “Milenio” qəzetinə istinadla xəbər verir ki, həlak olanların böyük əksəriyyəti mühacirlərdir.

Yanğın zamanı, həmçinin 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb və ya tüstüdən zəhərlənib. Onların bəzilərinin vəziyyəti ağırdır. Yanğının tutularaq ABŞ-la sərhəddəki miqrasiya mərkəzinə yerləşdirilən mühacirlər tərəfindən törədildiyi güman edilir.

Son aylar Syudad-Huares şəhərinə əksəriyyəti Venesueladan olan minlərlə mühacirin gəldiyi bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR