İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhv olmuş “Artsax”ın "həşərat"ları baş qaldırır

1158 18.01.2026 01:30 Dünya A A

Ermənistanda Qarabağ mövzusu yenidən siyasi alətə çevrilir.

Musavat.com xəbər verir ki, “Artsax mənim qəlbimdədir” adlı geydirmə fondun təsisçisi Njde İskəndəryan Paşinyan hökumətini açıq şəkildə hədəfə alıb.

İskəndəryan konkret olaraq bunları deyib: Ermənistan hökuməti Qarabağdan gəlmiş şəxslərə yetərli sosial və maliyyə dəstəyi göstərmir;

bəzi iri erməni vergiödəyiciləri bu kateqoriyadan olan şəxslərə yardım üçün yaradılan fondlara vəsait ayırmaqdan imtina ediblər;

rəsmi İrəvan bu şəxslərin ehtiyacları ilə bağlı heç bir real koordinasiya aparmır;

yaranmış vəziyyət ucbatından 20–25 min nəfər Ermənistanı tərk edib;

problemlər həll olunmasa, yaz aylarında küçə aksiyalarına çıxacaqlar.


Eyni zamanda diqqətdən yayındırılan əsas məqam ondan ibarətdir ki, İskəndəryanın “məcburi köçkün” adlandırdığı şəxslər Azərbaycanın Qarabağ iqtisadi rayonundan zorla çıxarılmış insanlar deyil, könüllü şəkildə Ermənistana köç etmiş şəxslərdir. Bu fakt onun çıxışında açıq şəkildə qeyd olunmur.

Beləliklə, İskəndəryanın açıqlamaları sosial çağırışdan çox, məhv olmuş “Artsax” layihəsinin qalıqlarının Paşinyana qarşı siyasi təzyiq cəhdi kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR