İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyevanın çağırışı - Sevincdə də, kədərdə də bir olan 95 milyonluq xalq

750 11.02.2023 16:00 Siyasət A A

Miqyasına və dağıdıcılıq nəticələrinə görə son 100 ilin ən dəhşətli hadisələrindən biri Türkiyədə baş verən zəlzələdir. Fəlakətin ağır nəticələrinin aradan qaldırılması üçün yardım əlini uzadan, ilk reaksiyanı verən Azərbaycan dövləti və xalqı oldu.

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Musavat.com-a açıqlamasında qeyd etdi ki, Azərbaycan insanının Türkiyə dövlətinin və xalqının ağır vəziyyətini ilk qəbul etməsinin həm tarixi, həm də real əsasları var:

"Biz sözün əsl mənasında istər sevincli, istərsə də kədərli günlərdə birgəyik. Cənab prezidentin atdığı addımlar, humanitar yardımlar Çanaqqalaya gedən Azərbaycan xalqının addımlarının davamıdır.

Dağıntılar arasından çıxan insanların "Can Azərbaycan" deyə reaksiyası 95 milyonluq vahid xalq olduğumuzun sübutudur.
Hərbi meydanda səngərdə də, binaların dağıntıları altında olan insanlarla da eyni duyğuları paylaşırıq. İtkilər üçün eyni dərəcədə göz yaşı axıdırıq.

022a0000-0aff-0242-8d24-08dadf583a4e_w1080_h608.jpeg (64 KB)

Faciəyə çevik reaksiya xalqımızın müharibə dövründəki mütəşəkkilliyini xatırladır. Burada dərin bağlılıq var. Bütün dünya, o cümlədən Türkiyə şahid oldu ki, ən kasıb insanımız da özünün tikəsini türk qardaşları ilə bölməyə hazırdır. 30 il öncə yağmalanmış evini bərpa etməyən məcburi köçkünlərimiz dönüş üçün hazırladığı əşyaları belə tərəddüd etmədən zəlzələ bölgəsinə göndərir. Mənə elə gəlir ki, bu, mənəvi və siyasi birliyi, bundan sonra min illər ərzində də xalqlarımızın qanı, canı ilə bir-birinə bağlandığını sübut edir".

Z.Oruc Mehriban Əliyevanın təşəbbüsü ilə göndərilən humanitar yardımın önəmindən danışarkən vurğuladı ki, Mehriban Əliyevanın xalqa çağırışı, Azərbaycan xanımı kimi o ağrını hiss etməsi, milləti ilə qürur duyduğunu dilə gətirməsi, ən çətin şəraitdə xilasetmə işlərində iştirak edən azərbaycanlıların fədakarlığı böyük əsərlərin mövzusuna çevriləcək:

"İstər türklər, istərsə də azərbaycanlılar hər zaman müxtəlif xarakterli təhlükələrə sinə gəliblər. Prezident İlham Əliyevin səfirliyi ziyarəti, xalqımızın böyük yardım kampaniyasında ürəkdən iştirakı sübut edir ki, xalqlarımız ayrılmazdır".

Millət vəkili qeyd etdi ki, Qarabağda olduğu kimi, zəlzələ bölgəsinin bərpa edilməsində də azərbaycanlılar qardaşları ilə bərabər çiyin-çiyinə işləyəcəklər:

"İşğaldan azad edilmiş torpaqların bərpası ilə zəlzələ bölgəsinin yenidən qurulması eyni axarda gedəcək. Bu dünya üçün böyük bir sipər yaradır. 3 il əvvəl Qarabağı işğaldan azad edən qalib Azərbaycan bu gün Türkiyənin yanındadır. Türkiyənin qlobal gücünün müəyyən qədər zəifləməsi, diqqətinin daha çox daxilə ayrılması ilə özünün geo-siyasi maraqlarından bir qədər uzaqlaşması, 3-cü, 4-cü dövlətlərin fəallaşması, bu dövlətlər əleyhinə proseslərin başlaması qeyri-mümkündür. Türklər dağıntıların arasında belə dik dururlar, heç bir silah onları qorxuda bilməz. Bu xalqın qarşısında dayanmaq olmaz. Vətən müharibəsi davam edir və səngərimiz vahiddir".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR