İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev Ukraynanı 4 yerə "parçaladı"

2190 04.03.2024 15:51 Dünya A A

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın bir neçə dövlət arasında parçalanacağını bildirib və Moskvanın iştahında olan əraziləri göstərən xəritəni nümayiş etdirib.

Musavat.com-un "RİA Novosti"yə istinadla məlumatına görə, Medvedev Ukraynanın Vinnitsa vilayətinin Rumıniyaya, Ujqorodun Macarıstana, Lvov, İvano-Frankivsk, Jitomirin Polşaya veriləcəyini, qalan bölgələrin isə Rusiya tərəfindən ələ keçiriləcəyini bildirib.

Onun fikrincə, Odessa, Nikolayev, Çerkassı, Çerniqov, Poltava, Dnepr, Zaporojye, Sumi, Xerson, bundan əlavə, Moldovanın separatçı Dnestryanı bölgəsi də Rusiyanın tərkibində olacaq:

"Rusiya tutduğu yolla getməlidir. Ölkənin tarixi hissələri vətənə qayıtmalıdır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR