İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyət naziri Anar Kərimov Sultan Rayev və Bağdad Amreyevlə görüşüb

811 02.04.2022 11:49 Mədəniyyət A A

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) türk xalqları arasındakı mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolundan, eləcə də Azərbaycanın bu sahədə gördüyü işlərdən bəhs olunub.

Nazir Sultan Rayevə yeni vəzifəsində uğurlar arzulayaraq, bu şərəfli yolda türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini bildirib.

Sultan Rayev də öz növbəsində nazirə təşəkkür edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanın Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə səmimi təbrikini dilə gətirib. O, Şuşanın bərpası və yenidən qurmasının önəmindən də danışıb. Bildirib ki, bunu etsək, türk mənəviyyatını da dirçəldərik.

* * *

Nazir Anar Kərimov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb.

Görüş zamanı tərəflər türk xalqlarını birləşdirən təşkilatların önəmli fəaliyyətindən, birgə əməkdaşlığın, tədbir və layihələrin dostluğumuz, qardaşlığımız naminə vacibliyindən söz açıblar.

Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa barədə də maraqlı müzakirələr baş tutub.

Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin tarixi əhəmiyyəti vurğulanıb.

Görüş hər iki tərəfi maraqlandıran müzakirələrlə davam edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR