İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB dövlət başçıları “Böyük Peterhof Sarayı” ilə tanış oldu

653 26.12.2023 19:49 Siyasət A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Böyük Peterhof Sarayı” ("Большой петергофский дворец") ilə tanış olublar.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitdə iştirak edən MDB üzv ölkələrin rəhbərləri Peterhof Dövlət Muzey-Qoruğuna gəliblər.

Bu barədə TASS məlumat yayıb.

MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammiti danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park kompleksləri ilə tanışlıq zamanı başlayıb.

Liderlər “Böyük Peterhof Sarayı”nı gəzməyi planlaşdırırlar. MDB-nin qeyri-rəsmi sammiti Strelnadakı Konstantinovski sarayında müzakirələrlə başa çatacaq.

Xatırladaq ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gedib.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR