İnsanlara hürriyət, millətlərə istiqlal!

“McDonald's”da ölü siçan və siçan qalıqları aşkar edilib- FOTO  

1362 07.05.2023 13:19 Hadisə A A

İngiltərədə sanitar müfəttişləri McDonald's restoranlar şəbəkəsində ölü siçan və siçan qalıqlarını aşkar ediblər.

Musavat.com "dailmail.co.uk" a istinadən xəbər verir ki, bundan sonra restoran yarım milyon funt sterlinq cərimələnib. Belə ki, bir müştəri onun çizburger paketinin içərisinə siçanın düşdüyünü görüb. Bundan sonra "Waltham Forest Council"nin gigiyena mütəxəssisləri restoranda araşdırma başladıb. Onlar yemək hazırlanan sahələrdə, əsas bişirmə və isti yemək saxlama yerlərində siçan qalıqları aşkarlayıblar.
Bu səbəbdən də Londonun şərqində yerləşən Leytonstonedakı "Fast-food" filialı elə həmin gün qapılarını bağlamaq məcburiyyətində qalıb.

Eləcə də, Londonun şərqində Leytonstonda yerləşən McDonald's restoranı da yoxlama zamanı aktiv siçan infeksiyası aşkar edildikdən sonra bağlanıb. McDonald's üç gigiyena ittihamı ilə günahını etiraf edib. Temza Sülh Məhkəməsində hakimlər tərəfindən şirkətin 475,000 funt sterlinq cərimə və 22,000 funt sterlinq təzminat ödəməsinə qərar verilib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR