İnsanlara hürriyət, millətlərə istiqlal!

Maykl Ceksonun əşyalarını oğurlayıb satmaq istədi

764 10.11.2022 01:31 Şou-biznes A A

Mərhum müğənni Maykl Ceksonun əmlak idarəçiliyi şirkəti onun Los-Ancelesdəki evinin qarət edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Musavat.com-un Axşam.az-a istinadən məlumatına görə, oğurlanan əşyalar arasında sənətçinin ictimaiyyətə təqdim olunmamış ifalarının səs yazıları olan elektron daşıyıcı, fotoalbom, kəllə sümüyü olan qara çanta, mükafat diplomları və rəssamın təsviri olan kuklanın da olduğu bildirilir.

Zərər bir milyon dollar dəyərində qiymətləndirilir.

Şübhəli şəxs qismində isə Ceksonun bacılarından birinin keçmiş sevgilisi Cefri Filipps təqsirləndirilir. O, oğurladığı əşyaların bir qismini hərraca çıxarıb. Məşhurun ​​evinə cavabdeh olan şirkətin şikayətindən sonra hərraca qadağa qoyulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR