İnsanlara hürriyət, millətlərə istiqlal!

Matevosyan: Moskvada qərar verənlər reallıq hissindən uzaqlaşıb

849 12.09.2023 21:40 Region A A

“Görünür, Moskvada qərarlar verən və bu qərarlarla cənubi Qafqazın iqtisadi, siyasi və hərbi reallığına təsir edən insanlar Ermənistanda, Azərbaycanda baş verən hadisələrdən uzaqlaşıblar".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fiir yerli politoloq Beniamin Matevosyan tərəfindən İrəvanda təşkil olunan “Ermənistan-NATO: yeni təhdidlər və imkanlar” adlı tədbirdə səslənib.

“Rusiya 44 günlük müharibədən sonra Nikol paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanımayacağına əmin idi. Bu həm də Rusiya sülhməramlılarının regionda daimi mövcudluğunu təmin edəcək və Moskvaya bölgədə öz varlığını saxlamağa imkan verəcəkdi”, - deyə Matevosyan Kremlin yanıldığına diqqət çəkib.

Politoloq Edqar Elbakyan isə Rusiyanın bölgədə uzunmüddətli strategiyasının olmadığını vurğulayıb.

“Kontinental imperiyanın hüquqi varisi kimi Rusiya ətalət düşünəsinə malikdir. Orada yalnız hərbi mövcudluğun zəruriliyindən danışırlar. Bu, Rusiya üçün elə bir doqmatik qavrayışdır ki, heç vaxt şübhə altına alınmır”, -deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR