İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask: “Qorxuram ki, miqrantlar tezliklə Amerika evlərində yerləşdiriləcək”

520 11.01.2024 11:30 Dünya A A

ABŞ səlahiyyətliləri tezliklə qeyri-qanuni miqrantları yerləşdirmək üçün Amerika evlərindən istifadə etməyə başlaya bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri milyarder sahibkar İlon Mask deyib.

“Otel otaqları tükəndikdə belə olacaq. Tezliklə şəhərlərdə miqrantların yerləşdiyi məktəblər tükənəcək. Sonra evlərinizə gedəcəklər”, – Mask X sosial şəbəkəsində yazıb. O, Nyu-York məktəblərindən birinin qeyri-qanuni miqrantların yerləşdirilməsi üçün bağlanması xəbərini belə şərh edib.

2022-ci ildə Texas, Arizona və Florida ştatlarının səlahiyyətliləri Meksika ilə sərhədi qanunsuz keçdikdən sonra ABŞ-a daxil olan əcnəbiləri kütləvi şəkildə Vaşinqton, Nyu-York və digər böyük şəhərlərə avtobuslarla göndərməyə başlayıblar. Beləliklə, bu ştatların respublikaçı rəhbərləri ABŞ prezidenti Co Baydenin hədsiz yumşaq miqrasiya siyasətinə etiraz edirlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR