Masallıda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
Babayev Rusif İsmayıl oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Feyzullayev Nikbin Elçin oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobil toqquşub.
Nəticədə R.Babayev idarəetməni itirərək yolun sağ kənarında boş torpaq sahəsinə çıxaraq beton dirəyə və ağaca çırpılıb. Qəza nəticəsində özü və avtomobildə sərnişin qismində əyləşmiş Məmmədzadə Araz Telman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həsənov Pərvin Əliniyaz oğlu başın təpə nahiyəsinin böyük həcmli kəsilmiş yarası xəsarətləri alaraq Masallı RMX-na daxil olub.
Faktla bağlı cinayət işi başlanıb. (Report)






