İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallıda 37 yaşlı kişi intihar edib

659 20.03.2023 13:14 Son xəbər A A

Masallı şəhərində 37 yaşlı kişi intihar edib.

“Report”un Cənub bürosunun xəbərinə görə, rayonun Ərkivan qəsəbəsində qeydiyyatda olan 1986-ci il təvəllüdlü Nurəddin Fərail oğlu Həsənov yaşadığı evin həyətində özünə qəsd edib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Hadisə yerində aparılan müayinə zamanı onun gecə saatlarında özünü asdığı müəyyən olunub.

İki övlad atası olan N.Həsənov banklardan birinin Masallı filialında kredit mütəxəssisi işləyib. Onun həyatına qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR