İnsanlara hürriyət, millətlərə istiqlal!

Marukyan onları İTTİHAM etdi: "Qarabağdakı erməniləri qorumadılar"

1089 25.09.2023 13:47 Region A A

Ermənistan baş nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan dünya ictimaiyyətinin onları tək qoymasından şikayətlənib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, "X" mikrobloqunda status yazıb.

"Biz etiraf edirik ki, Rusiya sülhməramlı kontingenti 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında ermənilərin Qarabağda dinc mövcudluğunu qorumayıb. Biz etiraf edirik ki, ABŞ, Aİ və bütün digər beynəlxalq təşkilatlar Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizlik təminatlarını təmin edə bilməyiblər. Halbuki adı çəkilən dövlətlər və qurumlar onların hüquqlarının beynəlxaq mexanizmlərlə qorunacağını vəd edirdi", - deyə Marukyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR