İnsanlara hürriyət, millətlərə istiqlal!

Marneulidə dəhşətli qəza: 1 gənc öldü, 4 nəfər yaralandı - Video

301 25.05.2026 14:10 Dünya A A

Gürcüstanın Marneuli bələdiyyəsinin Tsop kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Musavat.com yerli mediaya istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1 nəfər gənc həyatını itirib, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, yaralanan şəxslər hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaqa başlanılıb. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdə tutur.

Şahanə Rəhimli
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR