İnsanlara hürriyət, millətlərə istiqlal!

Maqneziumun nəzarətsiz qəbulu təhlükəlidir: Baku Medical Plaza-dan açıqlama

969 24.04.2026 15:33 Ölkə A A

Son dövrdə əhali arasında maqnezium preparatlarından istifadə geniş yayılıb. Buna səbəb sosial şəbəkələrdə və müxtəlif platformalarda müxtəlif vitamin və minerallarla yanaşı, maqneziumun da faydaları haqda məlumatların sürətlə yayılmasıdır. Nəticədə insanların gün ərzində həkim məsləhəti olmadan maqnezium qəbul etməsi halları artmağa başlayıb.

Məsələ ilə bağlı suallarımızı Baku Medical Plaza Babək filialının direktoru, Dr. Fərid Qasımov cavablandırıb.

Dr. Fərid Qasımov bildirir ki, bu gün insanların həkim məsləhəti olmadan maqnezium qəbul etməsində sosial şəbəkələrin təsiri böyükdür. Preparat haqqında yayılan məlumatlar nəticəsində bir çox insanı özbaşına əlavələr qəbul etməsi müxtəlif narahatlıqlar yaradır. Nəzərə almaq lazımdır ki, hər bir orqanizmin ehtiyacı fərqlidir. Maqneziumun əlavə qəbulu isə yalnız tibbi göstəriş əsasında həyata keçirilməlidir.

Mütəxəssis bildirir ki, maqneziumun normadan artıq qəbulu hipermaqneziyaya səbəb olur. Nəticədə insanlarda ürək ritmində pozğunluqlar, arterial təzyiqin enməsi və mədə-bağırsaq problemləri ortaya çıxır. Xüsusilə böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərdə bu cür hallar daha ağır fəsadlara səbəb ola bilər.  Hətta maqnezium bəzi dərman preparatları ilə qarşılıqlı təsirə girdiyi üçün digər dərmaların təsirini azaldır və ya artırır. Bu kimi hallar müalicə prosesinə mənfi təsir göstərir.

Maqnezium hansı hallarda qəbul ediməsinə münasibət bildirən Dr. Fərid Qasımov qeyd edir ki, preparatın qəbulu yalnız laborator analizlər və həkim müayinəsi əsasında təyin olunmalıdır. İlk növbədə pasiyentin klinik vəziyyəti, şikayətləri, mövcud xəstəlikləri kompleks şəkildə qiymətləndirilməlidir. Daha sonra ehtiyac olduqda maqnezium qəbulu tövsiyyə edilir.

Pasiyentlərin diqqətinə çatdırıb ki, yorğunluq, əsəbilik və ya yuxu pozğunluğu kimi simptomlar hər zaman maqnezium çatışmazlığı ilə bağlı olmur. Çünki həmin əlamətlər müxtəlif səbəblərdən qaynaqlana və düzgün diaqnoz qoyulmadan qəbul edilən preparatlar vəziyyəti daha da ağırlaşdıra bilər. İstənilən preparatı, o cümlədən vitamin və mineralları həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil.

Qeyd edim ki, bu gün klinikamızda mineral balansının yoxlanılması ən çox müraciət olunan analizlərdəndir. Müasir laborator və instrumental imkanlar sayəsində pasiyentlərin sağlamlığı kompleks şəkildə dəyərləndirilir və hər bir şəxs üçün düzgün müalicə planı təyin edilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR