İnsanlara hürriyət, millətlərə istiqlal!

MAQATE müfəttişləri İranın nüvə obyektlərinə gedir – Qrossidən sensasiyalı açıqlama  

428 27.08.2025 02:54 Dünya A A

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ilk müfəttiş qrupu İrana qayıdıb. Musavat.com xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi Fox News-a müsahibəsində deyib.

Onun sözlərinə görə, müfəttişlər İranın nüvə obyektlərində işi bərpa etməyə hazırlaşır: "MAQATE müfəttişlərinin birinci qrupu İrana qayıdıb. Və biz oradakı işimizi bərpa etmək üzrəyik. İranda çoxlu nüvə obyektləri var, bəziləri hücuma məruz qalıb, bəziləri isə yox. İşimizin bərpasını asanlaşdırmaq üçün hansı praktik mexanizmlərin işə salınması lazım olduğunu müzakirə edirik".

Qeyd edək ki, İran rəhbərliyi dəfələrlə MAQATE müfəttişlərinin nüvə obyektlərinə buraxılmayacağını bəyan edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR