İnsanlara hürriyət, millətlərə istiqlal!

MAQATE İsrail və İrana ÇAĞIRIŞ ETDİ

366 19.04.2024 14:38 Dünya A A

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin hücumu zamanı İranın nüvə obyektlərinin zədələnmədiyini bildirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə MAQATE-nin “X” səhifəsində yazılıb.

Agentliyin baş direktoru Rafael Qrossi tərəfləri həddindən artıq təmkinli olmağa çağırıb:

“Nüvə obyektləri heç vaxt hədəf olmamalıdır”.

Qeyd edək ki, aprelin 19-na keçən gecə İsrail İrana raket zərbəsi endirib. “The New York Times”ın məlumatına görə, hədəf İsfahan şəhəri yaxınlığındakı İran hərbi hava bazası olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR