İnsanlara hürriyət, millətlərə istiqlal!

Manukyan: “Rusiyaya çox sual var, lakin...”

1263 20.12.2023 18:17 Region A A

Ermənistan parlamentində eyni adlı müxalifət fraksiyasının üzvü, revanşist Geqam Manukyan Rusiya ilə münasibətlərin pisləşdiyini bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbəti zamanı danışıb.

Erməni deputatın sözlərinə görə, Rusiya ilə onsuz da pis olan münasibətləri daha da pisləşdirmək yox, nizamlamaq lazımdır.

“Rusiyanın hərbi-siyasi və diplomatik rəhbərliyinə suallar çoxdur, lakin onlar dialoq yolu ilə həll olunur”, - deyə Manukyan qeyd edib.

Geqam Manukyanın bildirdiyinə əsasən, deputat kimi KTMT Parlament Assambleyasının iclasında iştirak edəcəkdi, lakin parlament rəhbərliyi buna yasaq gətirib.

“Belə platformalarda məsələlər uşaq bağçasında oynayan uşaqların ruhunda deyil, dialoqla, faktlar təqdim etməklə həll olunur”, - deyə Manukyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR