İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mançester Yunayted" UEFA Avropa Liqasında antirekord müəyyənləşdirib

754 14.04.2023 12:42 İdman A A

İngiltərənin "Mançester Yunayted" klubu UEFA Avropa Liqasında antirekord müəyyənləşdirib.

"Report"un məlumatına görə, "qırmızı şeytanlar" İspaniya "Sevilya"sı ilə 2:2 hesablı heç-heçə etdikləri 1/4 final mərhələsinin ilk oyununda uğursuzluqla üzləşib.

Meydan sahibləri 8 dəqiqə 4 saniyə ərzində qapısında iki avtoqol görüb. Bu, turnirdə ilk belə hadisədir.

Bundan əlavə, mankunyanlar rəsmi matçlardakı antirekordları da təkrarlayıb. Komandanın oyunçuları 1979-cu ildən sonra ilk dəfə iki topu öz qapılarından keçiriblər.

Mançester təmsilçisi tarixində ikinci dəfə öz meydanında belə halla üzləşir. Son olaraq 1909-cu ildə "Blekbern Rovers"lə qarşılaşmada iki avtoqol qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR