İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mançester Yunayted" 8 futbolçu ilə vidalaşdı

1255 05.06.2024 21:04 İdman A A

İngiltərənin "Mançester Yunayted" klubu səkkiz futbolçu ilə vidalaşdığını açıqlayıb.

Məlumata görə, Antoni Marsyal və Rafael Varanın müqaviləsi yenilənməyib.

Brendon Uilyams, Çarli Maknil, Markus Lourens və Kay Plamli azad agent statusu alıb. “Mançester Yunayted”in gənclər komandasının oynayan məşqçisi Tom Haddlstounla da müqavilə yenilənməyib. İspaniyalı Alvaro Fernandes isə Portuqaliyanın "Benfika" klubuna keçib.

Mançester təmsilçisi Conni Evans, Tom Hiton və Şola Şortayrla yeni müqavilə üçün danışıqlar aparır. Bundan əlavə, klub Omari Forsona artıq öz təklifini edib.

Qeyd edək ki, "Mançester Yunayted" klubu İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünü 60 xalla 8-ci pillədə başa vurub.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR