İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun yeni baş naziri - Həmcinsi ilə evlənən Qabriel Attal KİMDİR? - DOSYE

4034 09.01.2024 19:43 Dünya A A

Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron Qabriel Attalı Fransanın baş naziri təyin edib.

Musavat.com xəbər verir ki, Attal bununla da Fransa tarixində açıq şəkildə cinsi azlıq nümayəndəsi olan ilk baş nazir olub.

Belə ki, Q.Attal öz həmcinsi və makronçu Dirçəliş partiyasından Avropa Parlamentində deputat olan Stefan Sejurne ilə vətəndaş nikahında yaşayır.

Attal haqqında mediada yayılan məlumatlar birmənalı deyil. Araşdırmalar göstərir ki, 34 yaşlı Q.Attal Makronun yaxın tərəfdaşıdır. Hələ 2016-cı ildən Makronla yaxın əlaqədə olan Attal 2017-ci ildə onun seçki kampaniyasında da fəal iştirak edib və Emmanuel Makronun prezident seçilməsində ən yaxın dəstəyi göstərib. Sonradan yaxın “dostu” da bu dəstəyi əvəzsiz qoymayıb.

Makron prezident seçiləndən sonra “dost”unu mükafatlandırıb. Mükafat isə parlamentə üzv seçilmək olub. 2020-ci ilə kimi bu vəzifədə qalan Q.Attal elə həmin ildə ildə hökumətin sözçüsü təyin olunub. Bu vəzifədə də 2 il qaldıqdan sonra göstərdiyi “xidmətlər”ə görə “dostu” Makron onu təhsil naziri təyin edib.

Nəhayət, Makron Q.Attalı özündən sonra ən yüksək vəzifəyə - baş nazir postuna təyin edib. Sanki Attalı elə vəzifəyə təyin edib ki, gözünün önündə olsun.

Qeyd edək ki, Attal Makronun özü və digər silahdaşları kimi qatı ermənipərəstdir. Daim erməni lobbisi ilə sıx əməkdaşlıq edir və onlar tərəfindən yüksək dəstək alır. Həmçinin, Q.Attal islamofob açıqlamaları və davranışları ilə də məşhurdur.

Cinsi azlıq nümayəndəsi olan, öz həmcinsi ilə evlənən Qabriel Attalın Emmanuel Makronla belə yaxın əlaqələrinin olması, vəzifə pilləsində belə sürətlə və ən yüksək vəzifəyə kimi irəliləməsi də elə Makronun əsl xarakterindən, əqidəsindən və oriyentasiyasından xəbər verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR