İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun "Crocus" cinayətində əli var imiş - SENSASİON AÇIQLAMA

1105 08.04.2024 12:44 Dünya A A

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Crocus Hall" konsert salonunda martın 22-də baş vermiş terror aktı ilə bağlı açıqlama verib. O, Fransa prezidenti Emmanuel Makronu və Qərb liderlərini hədəfə alıb.

Musavat.com xəbər verir ki, 144 nəfərin öldüyü hücumla bağlı danışan Medvedev “muzdlu qatil” adlandırdığı terrorçuların sponsorlarının  və şəriklərinin olduğuna diqqət çəkib.

O, hücumun əsl təşkilatçılarının Ukraynadakı hakimiyyət orqanları olduğunu iddia edib. Medvedev, həmçinin Makronu və bəzi qərb liderlərini “şəriklər” kimi göstərib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Qərbdəki bəzi liderlərin bağışlanmaz hərəkətləri və bəyanatlarının dəhşətli hücuma dəstək verdiyini vurğulayıb.

“Onlar indi Rusiyanın o qədər də sadə olmayan düşmənləridir” - Medvedev sözlərini belə yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR