İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrona Parisdə Kanak şilləsi - VİDEO

1007 26.05.2024 00:44 Dünya A A

Parisdə Yeni Kaledoniyanın yerli xalqları olan Kanaklara dəstək üçün etiraz yürüşü keçirilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, etirazçılar Kanak gənclərini və azadlıq istəyən xalqı repressiyalara məruz qoyan Fransa dövlətinə, şəxsən prezident Makrona qarşı kəskin şüarlar səsləndiriblər.

"Qəzzədən Numeyə - köçkünlərə yox!" və "Makron, rədd ol get, Kanakalar sənin mülkün deyil!" şüarları aksiyaçıların ən çox səsləndirdikləri şüarlar olub.

Yeni Kaledoniya adasındakı iğtişaşlarda onlarla insan saxlanılıb

Yeni Kaledoniya — Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu - müstəmləkəsidir. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyniadlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur. Cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir.

Musavat.com bildirir ki, son aylarda Yeni Kaledoniyada Fransa Hökumətinin "seçki islahatı"na qarşı etiraz aksiyaları başlayıb. Baş verən iğtişaşlara cavab olaraq, Fransa adaya ordu yeridib. Bunun nəticəsində artıq 10-a yaxın qurban, 200-ə yaxın yaralı var. Polis 200-dən yuxarı etirazçını saxlayıb. Repressiyalar getdikcə şiddətlənir. Hadisələr cığırından çıxdığına görə, prezident Makron 14 saatlıq uçuşla özünü Yeni Kaledoniyaya yetirib.

Yeni Kaledoniyada iğtişaşlar zamanı 150 milyon avroluq ziyan dəyib

Fransa Hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxışı bloklayıb.

Yeni Kaledoniya Fransa hökümətinin onları informasiya blokadasında saxlamaq üçün interneti tamamilə kəsə biləcəyindən və ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır.

Yeni Kaledoniyanın əhalisinin təxminən 40%-ni və ya 112 min nəfəri yerli kanak xalqı təşkil edir.

Kaledoniya üsyanı: Fransa parçalana bilər - FOTO

Hazırkı iğtişaşlar 1980-ci illərdən bəri ən kütləvisidir. Öncəki etirazlar dalğası 1998-ci ildə Numea Sazişinin bağlanması ilə söndürüldü. Bu sazişə əsasən, Fransa adalara daha çox siyasi muxtariyyət verməyə və yerli sakinlərə seçkilərdə iştiraka icazə verməyə razılaşdı.

Lakin bu sazişdən sonra mərhələli şəkildə adalara 40 mindən yuxarı Fransız vətəndaşı köçürülüb. 15 mayda isə Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Bu isə yerli əhalinin- kanakların seçkilərdəki səs payını daha da azaltmaq və onların müstəqillik arzularını həmişəlik boğmaq kimi dəyərləndirilir.

Yeni Kaledoniya etirazları: Fransa niyə Azərbaycanı ittiham edir? - BBC  News Azərbaycanca

Nümayişçilər Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəfələrlə dəyişiklik etdiyini vurğulayaraq, bunu yolverilməz hesab edirlər. Onlar həmçinin bu dəyişiliklərin Numea sazişinə də zidd olduğunu bildirirlər.

Bu dövlət 1853-cü ildən Fransanın işğalında yaşayır.

Adalarda böyük nikel yataqları aşkar edilib. Bu yataqlar öz həcminə görə, dünyada üçüncü yerdədir.

Fransanın adalarda dirənişinin bir səbəbi də məhz bu qiymətli yataqlardır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR