İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Yeni Kaledoniyaya GEDİR

685 21.05.2024 16:12 Dünya A A

Fransa Prezidenti Emmanuel Makron gün ərzində mayın 13-dən kütləvi etirazların keçirildiyi Yeni Kaledoniyaya səfər edəcək.

Bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Teveno məlumat verib.

“Nazirlər Şurasının iclası zamanı prezident bu axşam Yeni Kaledoniyaya səfər edəcəyini bildirib”, - o, Nazirlər Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

Daha əvvəl məlumat verilmişdi ki, E.Makronun sədrlik etdiyi Fransa Müdafiə Şurası etirazlar fonunda Yeni Kaledoniyaya əlavə hərbi qüvvə göndərmək qərarına gəlib.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR