İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Afrikanı görün kimlərə uduzdu: qara planetə işıq salan EKSKLÜZİV YAZI

1914 19.06.2024 19:00 Gündəm A A

Son 4 ildə Fransanın Afrikadakı 6 keçmiş müstəmləkəsində hərbi çevriliş baş verib. Əlbəttə, Afrikada hərbi çevrilişlər nadir rastlanmayan hadisədir, amma məsələ ondadır ki, qiyamların baş verdiyi Afrika ölkələri bir qayda olaraq Fransadan uzaqlaşır. Çünki Fransa bir qayda olaraq keçmiş müstəmləkələrində baş verən çevriliş və ya bəzən vətəndaş müharibələri zamanı prosesə adətən hərbi müdaxilə edir.

Son illərdə çevrilişlərin olduğu Mali, Çad, Qvineya, Burkina Faso, Niger və Qabon bu siyahıda sonuncu olmayacaq kimi görünür. Hərbi çevrilişlərin Parisi narahat etməsinin əsas səbəbi isə qeyd olunduğu kimi, çevriliş hökumətlərinin bir qayda olaraq Parisin orbitindən çıxmasıdır.

Afrika'da Fransız sömürgeciliği | Independent Türkçe

20-ci əsr boyu Afrikada böyük təsirə gücünə malik olan Fransa son illərdə keçmiş mövqelərini sürətlə itirir. Bu, Afrikada Fransaya qarşı azadlıq hərəkatı və ya müstəqillik mübarizəsi ilə bağlı deyil, Fransa ilk dəfə olaraq Afrikada çox güclü rəqiblərlə üz-üzə qalıb. Çin, Rusiya və Türkiyə son illərdə Fransanın Afrikadakı nüfuz ərazilərinə daxil olur və bu proses Fransanın bu ölkələri tərk etməsi ilə nəticələnir.

Maraqlıdır ki, hər 3 ölkənin Afrikadakı fəaliyyət metodu fərqlidir.

Çin Afrikaya böyük miqyasda sərmayə, infrastruktur layihələri, Rusiya silahlar və hərbi şirkətlərlə , Türkiyə isə (əsasən Şimali Afrikaya) sərmayə, silah satışı ilə yanaşı din, mədəniyyət və ortaq tarixi keçmiş ritorikası ilə daxil olur. Və ən əsası indi rəsmi Parisin bu 3 gücə qarşı dayanmaq imkanları çox azdır.

Beynəlxalq Valyuta Fondu proqnozunu açıqladı - sığortaci.az

Afrikanı “udan Əjdaha”

Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən Çin 2000-ci illərin əvvəllərindən etibarən Afrikaya geniş miqyasda sərmayə qoyuluşuna başlayıb. Məsələn, 2005-ci ildə Afrika ölkələrinin xarici borcunun 2 faizi Çinə idisə, hazırda bu rəqəm 17 faizi ötüb. Bu gün 35 Afrika ölkəsində Çin sərmayəsi ilə infrastruktur layihələri, dəmir yolları, elektrik, kommunikasiya xətləri inşa olunur.
Afrikada ən böyük Çin sərmayəsi 38,3 milyard dollar Nigeriyada, 27 milyard dollar Anqolada və 25 milyard dollardan çox Efiopiya kimi ölkələrdir. Hazırda onlarla Afrika ölkəsinin Çinə olan borcu 100 milyard dollardan çoxdur.

Afrikada ilk elektrikləşdirilmiş dəmiryolu xətti istifadəyə verilib

Son 20 ildə Çin Afrikada 10 min kilometrdən çox dəmir yolu, 100 min km-dan çox avtomobil yolu, 100-dən çox dəniz limanı inşa edib. 2020-ci ildə Afrika qitəsindəki 50 milyon dollardan böyük məbləğdəki inşaat layihələrinin 31 faizi Çin şirkətləri tərəfindən maliyyələşdirilib. Ümumilikdə Afrika qitəsində Çin şirkətlərin tərəfindən 465 min kv.km torpaq sahəsi icarəyə götürülüb, 23 Afrika ölkəsi ilə Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq qurulub, sazişlər imzalanıb. Həmçinin Çin enerji tələbatının 25 faizindən çoxunu Afrikadan təmin edir. Çin şirkətləri Afrikanın 35-dən çox ölkəsində kənd təsərrüfatına 1,1 milyard dollardan çox sərmayə qoyub.

Təbii ki, Çin sərmayəsi və iqtisadi maşını qarşısında Fransa şirkətlərinin yeganə üstünlüyü onlara müstəmləkə dövründən tanınan və hələ də qüvvədə olan imtiyazlardır. Bu mənada çevriliş baş verən ölkələrdə Çinin mövqeyinin güclənməsi hardasa təbii bir prosesə çevrilib. Afrikada boşalan Qərb şirkətlərinin yerini dərhal Çin şirkətləri tutur.

Afrika'da Fransa-Rusya rekabeti, bölgesel istikrarsızlığı derinleştiriyor

Afrika rusları

Rusların Afrikadakı fəaliyyətləri SSRİ dövründən başlasa da, əsas “rus dalğası” Afrikada özünü son 10 ildə göstərib. 2014-cü ildəki Ukrayna inqilabından sonra Qərbin Rusiyaya qarşı sanksiyaları Moskvanın dünyanın qızıl və almaz “anbarına” üz tutması ilə müşayiət olundu. 2015-ci ildə Afrikada sürətlə artan rus silah şirkətləri, hərbi şirkətlərinin əsas hədəfi qızıl və almaz idi.

Rusların Afrikadakı əsas fəaliyyəti “Vaqner” hərbi şirkəti vasitəsilə aparılıb. Rusiyada məlum qiyama qədər Afrikanın 9 ölkəsində “Vaqner”in fəaliyyət göstərdiyi bildirilir. Şirkətin ilk göründüyü ölkə Mərkəzi Afrika Respublikası (MAR) olub. 2017-ci ildən MAR-da rəsmi olaraq fəaliyyət göstərən "Vaqner"in bu ölkədə təxminən 2 minə yaxın muzdlusu var. “Musiqiçilər” burada həm yerli hakimiyyət qüvvələrinə hərbi təlim keçir, həm də dövlət başçısı Faustin-Arçanqe Touaderanın mühafizəsini təşkil edir və ən əsası, bu ölkədəki qızıl və almaz mədənlərinin təhlükəsizliyini təmin edirlər.

Yeri gəlmişkən, “Vaqner”in MAR-dakı fəaliyyətləri haqqında film hazırlayan Azərbaycan əsilli jurnalist, nüfuzlu filosof və islamşünas Heydər Camalın oğlu Orxan Camal və onunla bərabər operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev illər öncə Afrikada müəmmalı şəkildə qətlə yetirildi.

Heydər Camalın oğlu Afrikada öldürüldü - Yenilənib » NUH informasiya  agentliyi

Keçmiş Fransa müstəmləkəsi olan MAR-da 2020-ci ildə baş verən silahlı üsyan zamanı mərkəzi hökumətin "Vaqner"ə ehtiyacı daha da artıb, ölkədəki vacib obyektlərin mühafizəsi Rusiya hərbi şirkətinə tapşırılıb. Bu isə “vaqnerçilərin” daha da fəallaşması, daha çox zorakılıq, adam qaçırma, təcavüz və qətllərdə ittihamına səbəb olub. Bu ilin əvvəlində ABŞ Maliyyə Nazirliyi muzdlu xarici hərbi şirkətlərin MAR və Malidə kütləvi qətllər, təcavüz, uşaq oğurluğu və fiziki istismar kimi ağır cinayətlərdə iştirak etdiyini elan edib.

2 minə yaxın “musiqiçinin” fəaliyyət göstərdiyi başqa bir Afrika ölkəsi Liviyada işlər daha mürəkkəbdir. Liviyada hətta rus muzdlu hərbi pilotların olduğu bilinirdi. "Vaqner" silahlıları əsasən Liviyanın mərkəzindəki Cufra hərbi hava bazasında, həmçinin Sirtə şəhərindəki aerodromda yerləşdiyi ehtimal olunur. 2019-cu ilin aprelində general Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusu qüvvələrinin Tripoli şəhərinə hücumu zamanı onun ordusunda ruslar da Tripoliyə hücumda iştirak edirdi.

Vaqner” Afrikada Qərbin boşluğunu doldurmağa çalışır – ANALİZ

Afrikanın qızıl mədənləri ilə zəngin ölkəsi olan Sudanda Vaqner ilk dəfə 2017-ci ildə görünüb. Həmin vaxt Vaqner silahlıları “Meroe Gold” və “M İnvest” şirkətleri adı altında əsasən qızıl mədənləri ərazisində fəaliyyət göstərib. Ancaq cəmisi 2 il sonra Sudanda hərbi çevriliş baş verdi və “Vaqner” Sudanda daha da fəallaşdı. Rus hərbi şirkətləri Mozambikdə də təbii qaz və digər qiymətli mineral mədənlərinin mühafizəsini həyata keçirir.

Keçmiş Fransa müstəmləkəsi Malidə rus hərbi şirkəti 2021-ci ildən fəaliyyətə başlayıb. Belə ki, 2020-ci ildə hərbi çevriliş nəticəsində iqtidarı ələ keçirən polkovnik Assimi Qoita bir il sonra rusları ölkəsinə dəvət edərək hökumət qüvvələrinə təlim keçməyə çağırıb. O, həmçinin qiymətli metal mədənlərini və əhəmiyyətli dövlət binalarını mühafizəsini də ruslara tapşırıb.

KİV: Rusiya "Vaqner" vasitəsilə Ermənistanda çevriliş etməyə hazırlaşır

Maraqlıdır ki, "Vaqner"in ölkəyə gəlişindən sonra Fransa və daha bir neçə Avropa ölkəsinin Malidəki qüvvələri ölkəni tərk edib. Onlardan boşalan yerləri isə "Vaqner"in timsalında Rusiya tutub. Bu vəziyyətə Fransa XİN bir neçə də rəsmi bəyanatla etiraz etsə də, görünür ki, "Vaqner"in varlığı Afrika respublikaları üçün daha əlverişlidir.

Hazırda rus hərbi şirkətlərinin Qvineya, Qvineya-Bissau, Madaqaskar, Zimbabve və Anqolada da fəaliyyət göstərdiyi bilinir. Göründüyü kimi, mərkəzi və şimali Afrikada Fransadan “boşalan” hərbi -siyasi qurumların və silah şirkətlərinin yerini ruslar doldurur.

Çin pul vahidi - Devdoping ✔︎

Çinin pulu, rusun silahı, türkün ideologiyası

Türkiyənin son illərdə Çad, Sudan, Somali, Liviya, Əlcəzair kimi ölkələrə iqtisadi sahədə sərmayələri artırdığı müşahidə olunsa da, türklərin Afrika “açılımının” əsas “silahı” ortaq dəyərlər – mədəniyyət, din və birgə keçmiş kimi incə elementlərdir.

Osmanlı dövrü Şimali Afrika müsəlmanları üçün Fransadan fərqli olaraq narahatlıq dolu keçmiş deyil. Əksinə, yenidən yaxınlaşma üçün tarixi və mədəni əsas yaradır. Hətta bir neçə il əvvəl Fransa prezidenti Makron təəssüflə qeyd etmişdi ki, Əlcəzairdə Türkiyəni işğalçı kimi görmürlər, amma rəsmi tarix Fransanı düşmən olaraq göstərir.

Makron Parisi “partladır” – Fransada iyunun 30-da nə baş verəcək? -  GlobalInfo.az

Bu, yalnız Əlcəzair üçün deyil, daha əvvəl Osmanlı imperiyası sərhədləri daxilində olmuş digər Afrika ölkələrində də belədir. Bu ölkələrdə son 200 ildə formalaşmış Fransa mədəniyyətinin dominantlığı, cəlbediciliyi artıq əvvəlki səviyyədə deyil. Ortaq İslam mədəniyyəti, tarixi bağların kölgəsində Afrikaya yayılan Türkiyə təsiri Fransanın ənənəvi mədəni və ideoloji cazibəsinə qarşı əsas silah olaraq meydana çıxıb.

Rəsmi Parisin son illərdə ağrılı müstəmləkə keçmişindən imtina və Afrika ilə yeni münasibətlər qurmaq çağırışı o qədər də effektiv olmur. Əksinə, zəncirvari proseslər sabiq müstəmləkə ölkələrini sürətlə bürüyür. Ardıcıl baş verən hərbi qiyamlar sonrası bir qayda olaraq Fransaya qarşı olan qüvvələr iqtidarı ələ keçirir və Parisin siyasi, ideoloji və iqtisadi təsirindən çıxırlar. Əlbəttə, bütün bunlar heç də yalnız Fransa ilə bağlı olan müstəmləkə keçmişi ilə əlaqədar deyil.

Rəsmi Paris bizdən dərviş Məstəlinin intiqamınımı alır? - "İki sahil"

Afrika zəngin ehtiyatları, münbit torpaqları və iş qüvvəsi ilə Çin kimi nəhəng iqtisadiyyatı olan ölkəni, Rusiya kimi silah və hərbi güc ixracatçısını, Türkiyə kimi regional gücü cəlb edir. Parisin isə bunların qarşısını almaq üçün gücü və imkanları kifayət qədər deyil. Makron hakimiyyəti bu səbəbdən də Afrikada ciddi mövqe itkiləri yaşayır. Bunu geri qaytarmaq isə indi demək olar ki, qeyri-mümkündür.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR